Şirvanda 56 yaşlı kişi kollektorda batıb

Şirvanda 56 yaşlı kişi kollektorda batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.