Şok olay: qonşu kişini arvadı ilə görüşə çağırdı...
08:53 07.04.2021
Hadisə
743
Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Əfqan arvadına intim söhbətlərlə bağlı mesajlar göndərən həmyerlisi Amilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
"Sherg.az" teleqraf.com-a istinadən bildirir ki, hadisə Daşkəsən rayonunun Zinzahal kəndində olub.
Əfqan qonşuluğunda yaşayan Amilin onun arvadının mobil telefonuna göndərdiyi mesajları görüb, onların arasında yaxın münasibətlərdən şübhələnib. Məsələni aydınlaşdırmaq, onların münasibətlərini ifşa etmək üçün arvadına telefon vasitəsilə ərinin evdə olmadığını uydurmaqla Amili görüşmək adı ilə 6 avqust 2019-cu ildə axşam saatlarında yaşadığı evə dəvət etdirib.
Amil qadınla görüşmək məqsədilə həmin gün saat 21 radələrində Əfqanın evinə gəlib. Vəziyyətin belə yarandığını görən Əfqan arvadı ilə Amilin arasındakı yaxın münasibətlərə əmin olub.
Əfqan evin yataq otağında və həyətdə Amilin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq, təpik zərbələri vurub.
Amil çoxsaylı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Əfqan apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini, həbsdən azad olunmasını istəyib.
Əfqanın şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Əfqanın şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 aya endirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə