Soydaşlarımızın hüquqlarını qorumaq üçün birləşməliyik
22:41 08.06.2021
Hadisə
650
Rusiyada azərbaycanlını güllələyən polisin azadlığa buraxılması təhlükəli tendensiyadan xəbər verir
“Rusiyada azərbaycanlını güllələyən polisin azad buraxılması təhlükəli tendensiyadan xəbər verir”.
Bunu Milli Məclisin plenar iclasında millət vəkili Razi Nurullayev deyib. Deputat vurğulayıb ki, Novosibirsk şəhərində polis tərəfindən 19 yaşlı Vəkil Abdullayevin güllələnərək öldürülməsi, Rusiya İctimai Palatasının üzvü, jurnalist Mariya Butinanın faşist yönümlü çağırışı, ardınca həmin polisin azad buraxılması qəbuledilməzdir.
R.Nurullayev bildirib ki, Azərbaycan vətəndaşlarını, hətta Rusiya vətəndaşlığı olan etnik azərbaycanlıların sənədlərini belə yoxlamadan polis bölmələrinə gətirir, saatlarla və günlərlə saxlayır, barmaq izlərini götürürlər:
“Rusiyaya qanun-qayda öyrədə bilmərik, amma insan hüquqları deyilən anlayış, etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə qarşı beynəlxalq qanunlar var. Cinayətkar millət və xalq anlayışı tanımır”.
Millət vəkili bildirib ki, Rusiyada diaspor təşkilatlarının birləşməsinə və öz aralarında çəkişməyə son qoyması vacibdir. Deputat Rusiyanın daha bir neçə şəhərində konsulluq açılmasına, orada soydaşlarımıza hüququ xidmət göstərmək üçün ayrıca şöbə yaradılmasına ehtiyac olduğunu da qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya