Sumqayıtda iki nəfər dəm qazından zəhərlənib

Sumqayıtda iki nəfər dəm qazından zəhərlənib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisələr şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, hadisələrdən biri Ceyranbatan bağları ərazisində yerləşən fərdi evdə baş verib. 1960-cı il təvəllüdlü Yusifova Qənirə Kərəm qızı hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə Sumqayıt stansiyası yaxınlığında, TUQ zavodu ərazisində yerləşən fərdi evdə qeydə alınıb. 1968-ci il təvəllüdlü Quliyeva Təranə Səməndər qızı hamam otağında dəm qazından zəhərlənib.

Faktlarla bağlı araşdırma aparılır.