Sumqayıtda səkkiz maşın toqquşub.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, hərəkətdə məhdudiyyət yaradılıb.
Yol qəzasının səbəbləri araşdırılır.
