Türkiyədə moda dizayneri və sosial media fenomeni Ayşegül Eraslan evində ölü tapılıb.
Sherg.azz xəbər verir ki, məlumata görə, hadisə Kağıthane rayonunun Ortabayır məhəlləsində baş verib. 27 yaşlı Eraslandan xəbər ala bilməyən yaxınları onun evinə gəlib, lakin qapını açan olmayıb. Bundan sonra polisə məlumat verilib.
Hadisə yerinə gələn polis əməkdaşları evə daxil olduqda Ayşegül Eraslanı hərəkətsiz vəziyyətdə aşkarlayıblar. Təcili tibbi yardım əməkdaşlarının apardığı yoxlama zamanı onun həyatını itirdiyi müəyyən edilib.
Eraslanın cəsədi müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza moruquna aparılıb. Bildirilir ki, o, ölümündən qısa müddət əvvəl sosial şəbəkə hesabında emosional paylaşımlar edib.
Hadisə ilə bağlı araşdırma davam edir.