Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.
Sherg.az xəbər verir ki, ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb.
Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.