Təyyarə qəzasında sağ qalan bələdçi: Qroznı üzərindəykən zərbə səsi eşidildi
12:12 27.12.2024
Hadisə
428
“Səhər 08:00-da təyyarə Bakıdan Qroznıya uçuş etdi. Qroznı üzərində olarkən zərbə səsi eşidildi”.
Bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalmış bələdçi Zülfüqar Əsədov deyib.
Zülfüqar Əsədovun sözlərinə görə, bundan sonra o özü və və həmkarı tez təyyarənin salonuna çıxıblar: “İnsanlar təşviş içində idi, biz onları sakitləşdirməyə çalışdıq. Mən irəli getmək istəyəndə qolumdan zərbə aldım. Sanki balta ilə qoluma kimsə vurub kəsdi. Qolumu tutub salondan çıxanda üçüncü zərbə hiss edildi. Həmkarıma dedim ki, gəl oturaq. Mətbəx dəsmalımı götürüb həmkarımın köməyi ilə yaranı bərk bağladıq. Daha sonra uçuşa davam etdik.
Komandir əlaqə saxlayıb demişdi ki, biz suya eniş edəcəyik. Mikrofon vasitəsilə sərnişinlərə məlumat verildi ki, yerlərində oturub, kəmərləri bağlayıb, təlimata uyğun olaraq xilasedici jiletləri açmamaq şərtilə geyinsinlər. Çünki jiletlər hava ilə doldurulduqdan sonra suya eniş zamanı sərnişinlər bir-birinə mane olacaqdılar, narahatlıq yaranacaqdı. Lakin bir qədər sonra pilot yenidən təlimat verdi ki, suya yox, quruya eniş ediləcək. Suya eniş edilsə, hamı ölə bilərdi. Kənar zərbələr təyyarənin mühərrikinə təsir etmişdi, təyyarə sərt eniş etməli idi, başqa cür mümkün deyildi”, - bələdçi əlavə edib.
Zülfüqar Əsədov qeyd edib ki, əgər təyyarə yerə bütöv dəysə idi, heç kəs sağ qalmazdı: “Zənnimcə, pilot ağırlığı təyyarənin ön hissəsinə salmağa qərar verdi. Təyyarə yerə çırpılarkən ön hissə zərbənin təsirindən ayrıldı, arxa hissə yerdə bir xeyli süründü. Təyyarə yerə çırpılanda çevrildiyi üçün salondakı sərnişinlər başı üstə qalmışdılar”.
O əlavə edib ki, qəzadan sonra Aktaudan yardım briqadası gəlib: “Təyyarə yerə dəyəndə mən silkələnmədən öləcəyimizi zənn etdim. Sağ çıxmağa ümidim yox idi. Kaş digərləri də sağ olardı. Şükür Allaha ki, sağam, bu da bizim ekipajın komandiri, ikinci pilotun qəhrəmanlığı sayəsindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm