Ötən gün Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yük maşını idarəetməni itirərək dayanacaqda dayanan qadınların üzərinə aşıb.
Axar.az İHA-ya istinadla xəbər verir ki, nəticədə 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alena Dovqaleva həyatını itiriblər.
İlkin məlumata görə, yük maşını yol ayrıcında svetoforun yaşıl işığının yanmasını gözləyən nəqliyyat vasitəsinə arxadan çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarındakı avtobus dayanacağının üzərinə aşıb.
Yüngül xəsarətlər alan yük maşınının sürücüsü jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.