Türkiyədə helikopter qəzaya uğrayıb

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopter qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil.