Türkiyədə yol qəzasında bir ailənin 4 üzvü ölüb

Türkiyədə yol-nəqliyyat hadisəsi baş verib.

APA “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Hatay əyalətində baş verib.

Şahidlərin sözlərinə görə, içərisində 6 nəfərin olduğu avtomobil bir neçə dəfə fırlanaraq aşıb.

Hadisə yerinə xilasedici və təcili yardım briqadası gəlib.

Qəza zamanı 4 nəfər həyatını itirib.

İki yaralı isə xəstəxanaya aparılıb.

Avtomobildə olanların bir ailə olduğu deyilir.