Xarici ölkələrin ombudsmanları Ağdam və Tərtərdə ermənilərin müharibə cinayətləri ilə tanış olublar - YENİLƏNİB-2
Yusif Nəzərli
16:58 21.10.2022
Hadisə
468
Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Tərtər şəhərinə səfər ediblər.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Tərtər rayonunda mülki əhalinin sıx yaşadığı ərazilərin davamlı şəkildə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumuna məruz qalması, insan tələfatı və dağıntılar barədə qonaqlara geniş məlumatlar təqdim olunub.
15:36
“Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər.
"Report"un Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.
Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri çərçivəsində nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla bağlı məlumat verilib.
Qonaqlar Ağdamda İmarət kompleksi, Şəhidlər xiyabanı və Cümə məscidində olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev işğal zamanı ermənilərin tarixi məkanlarımızda törətdikləri vandallıq aktları barədə qonaqlara geniş məlumat verib.
İşğaldan azad edildikdən sonra əsas bərpa planına daxil edilən İmarət kompleksində ilkin işlərə start verildiyi onların diqqətinə çatdırılıb.
Daha sonra Ağdam şəhidlər xiyabanını ziyarət edən qonaqlara ermənilər tərəfindən qətlə yetirilən yüzlərlə, müxtəlif yaşlardan olan dinc sakinin məzarlarının olduğu, lakin işğaldan sonra qəbirlərin hamısının dağıdıldığı barədə geniş məlumat verilib.
Ağdam Cümə məscidində olan qonaqlara işğal zamanı ermənilərin dini inanclarımıza xüsusilə qəddar yanaşmaları, məscid və tarixi abidələrimizdə donuz və mal-qara saxlayaraq öz çirkin əməllərini açıq büruzə verdikləri bildirilib.
Qonaqlar Ağdama səfər çərçivəsində gördüklərindən dəhşətə gəldiklərini, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çalışacaqlarını vurğulayıblar.
13.49
“Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər.
"Report"un Qarabağ bürosunun məlumatına görə, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.
Beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri çərçivəsində nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla bağlı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat