Xətai rayonunda evə basqın edən şəxslər saxlanılıblar
15:31 23.10.2022
Hadisə
471
Xətai rayonu “NZS” qəsəbəsində yerləşən evlərdən birinə basqın edilib. Naməlum şəxslər evə bıçaqla daxil olaraq mənzildəki qızıl-zinət əşyalarını, o cümlədən 1200 manatı ələ keçiriblər.
Sherg.az xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Tərlan Abbasovun və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə, Xətai Rayon Polis İdarəsinə və ya ərazi polis orqanlarına müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm