XİN başçısı: Gürcüstan Avropaya inetqrasiyanı dayandırmayıb
13:12 05.08.2025
Hadisə
286
“Gürcüstan Avropaya inteqrasiya prosesini dayandırmayıb. Avrointeqrasiya xarici siyasətimizin əsas istiqamətidir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan nümayəndələrini Avropa İttifaqı çərçivəsində planlaşdırılan tədbirlərə dəvət etmirlər, sonra isə manipulyativ olaraq informasiya yayılır ki, guya Gürcüstan həmin tədbirlərdə iştirak etmir.
“Gürcüstan heç bir şəkildə avrointeqrasiyanı dayandırmayıb. Biz görürük ki, avropalı tərəfdaşlarımız Avropaya inteqrasiya prosesini siyasi alət kimi istifadə edirlər”, - XİN başçısı söyləyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də jurnalistlərə açıqlama verərək bildirib ki, ölkənin avrointeqrasiyanı dayandırması barədə məlumatlar həqiqəti əks etdirmir.
“2030-cu ilə qədər Gürcüstan namizəd ölkələr arasında Avropa İttifaqına üzv olmağa ən çox hazır olan ölkə olacaq”, - Baş nazir əlavə edib.
Xatırladaq ki, ötən ilin noyabrın 28-də Gürcüstan hökuməti Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm