Yaponiya sahillərində növbəti dəfə güclü zəlzələ olub

Yaponiyanın Hokkaydo adası sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 6:52-də (Bakı vaxtı ilə səhər saat 1:52) 144.000 əhalisi olan Xatinox şəhərindən 144 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələnin episentri 16 kilometr dərinlikdə yerləşib və sunami xəbərdarlığı edilməyib.

Heç bir itki və ya dağıntı barədə məlumat yoxdur.

Xatırladaq ki, bazar ertəsi axşam saatlarında da Yaponiyanın şimalında 7,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar nəticəsində 20-40 sm hündürlükdə sunami yaranıb.