Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın şimalında 7,2 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 50 km dərinlikdə yerləşib.

Sahil bölgələrində mümkün sunami ilə bağlı xəbərdarlıq elan olunub. Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və rəsmi qurumların açıqlamalarını izləmək tövsiyə olunub.