Yunanıstan hava məkanında BÖHRAN - Təyyarələr İstanbula yönəlir

Yunanıstan hava məkanı texniki nasazlıq səbəbindən tamamilə bağlanıb. Afinada yerləşən Nəzarət Mərkəzinin radio tezlik sistemlərində problem yaranıb və bu, ölkə üzrə bütün hava limanlarında uçuşların dayanmasına səbəb olub.

Sherg.az xəbər verir ki, Yunanıstan Vətəndaş Aviasiyası idarəsi yayımladığı NOTAM ilə hava məkanının tutumunu azaldıb və yalnız məhdud tranzit uçuşlara icazə verildiyini bildirib. Havadakı təyyarələr, o cümlədən İstanbul istiqamətində yönləndirilir. Hazıradək 3 reys Türkiyəyə yönəldilib.