Suat Delgen: Müdafiə sənayesi sahəsində iş birliyi ümumi sülh gücünün yaranmasına köməklik göstərəcək
13:23 05.02.2025
Hərbi
525
TDT çərçivəsində müdafiə sənayesində əməkdaşlıq daha çox institusionallaşmış hala gəlir. Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib. O qeyd edib ki, Türkiyə ikitərəfli şəkildə təşkilata üzv olan ölkələrə bu sahədə lazım olan dəstəyi verir:
“Türk dövlətləri Türkiyənin inkişaf etdirdiyi müdafiə qabiliyyətinin fərqindədirlər və bundan istifadə edirlər.
Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen “Sherg.az”a bildirib ki, Türkiyədə müdafiə sənayesi inkişaf edir:
“Hansısa dövlətdə müdafiə sənayesi inkişaf etdikdə həmin ölkənin Silahlı Qüvvələrin ehtiyacını qarşılayır. Lakin məhsulları sata bilmədikdə zamanla müdafiə sənayesinin inkişafı dayanır. Yəni ölkənin müdafiə sənayesinin böyüməsi üçün məhsulların ixrac olunması lazımdır. Ancaq iş birliyi etdiyiniz ölkə strateji ortağınız olan, bərabər hərəkət edə bildiyiniz, xarici siyasi hədəflərinizin biri-biriylə uyğun olduğu dövlət olmalıdır. Məsələn, Türkiyə təbii ki, Ermənistan ilə müqayisədə Azərbaycanla daha rahat şəkildə iş birliyi apara bilər. Dolayısı ilə TDT türk dövlətləri arasında iqtisadi və mədəni iş birliyini həyata keçirən platforma olduğu kimi digər ölkələrin müdafiə sənayeləri içərisində əlaqələri inkişaf etdirən bir vasitədir".
Ekspert qeyd edib ki, Türkiyədə gəmiqayırma sənayesi inkişaf etməkdədir:
"Qazaxıstan, Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilinə çıxışı var. Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatına üzvdür. Hazırda bu ölkələrin Hərbi Dəniz Qüvvələri arasında iş birliyinin inkişaf etdirilməsi üçün TDT ortaq rol oynaya bilər. Məsələn, NATO necə üzv ölkələr arasında müdafiə sənayesində iş birliyini asanlaşdıran təşkilatdırsa, türk dövlətləri içərisində də TDT-nın eyni yerdə dayanması mümkündür. Bir ölkənin maliyyəsi hansısa layihəni həyata keçirməyə imkan verməyə bilər. Lakin bir neçə ölkə bir araya gəldikdə həmin layihəni daha asand sonlandırma ehtimalları böyükdür. Digər tərəfdən indiki vəziyyətdə dürk dövlətləri çərçivəsində ortaq ordunun yaradılması o qədər də real deyil. Çünki geosiyasi balansı nəzərə almaq lazımdır. Amma müdafiə sənayesi sahəsində iş birliyi, ortaq silahların istifadə edilməsi, texnologiyanın transfer olunması gələcəkdə ümumi sülh gücünün yaranmasına köməklik göstərəcək”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi