
Fələstin xalqı dövlət qurmaq hüququna sahibdir - Politoloq
23:20 22.05.2024
Siyasət
467
“Bu hüquq onlara BMT qərarı ilə verilib. Lakin ABŞ və Qərb ölkələri fərqli düşünür"
Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər. İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 28 mayda Fələstin dövlətini tanıyacığını açıqlayıb. İrlandiya Baş naziri Simon Harris də Fələstini dövlət olaraq tanıdıqlarını bəyan edib. Qeyd edək ki, Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib. Norveç Baş naziri Yonas Qar Störe bildirib. Baş nazir deyib ki, on minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: "İki dövlət, sülh və əmin-amanlıq içində yan-yana yaşamaq". Baş nazir həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir. O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb: “Həmin gün bizimlə həmfikir bir sıra Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq”. Bunlara adekvat olaraq İsrail Fələstin dövlətçiliyinin tanınması ilə bağlı İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. İsrail xarici işlər naziri İsrail Katz məlumat verib ki, İrlandiya-Norveç axmaqlığı onları dayandıra bilməyəcək: "Vətəndaşlarımıza təhlükəsizliyi vermək, HƏMAS-ı aradan qaldırmaq və girovları evlərinə qaytarmaqla bağlı məqsədlərimizə çatmaqda qərarlıyıq. Bunlardan daha ədalətli məqsəd yoxdur". Nazir bildirib ki, Dublin və Oslonun yolu ilə gedəcəyi təqdirdə, İspaniyaya qarşı da analoji addım atacaqlar. Qeyd edək ki, aprelin sonunda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fələstinin mayın sonuna qədər bir neçə Aİ ölkəsi tərəfindən tanınacağını bildirmişdi. Hazırda Avropa dövlətləri arasında Fələstinin müstəqilliyi Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tərəfindən tanınır. Ümumilikdə Fələstini BMT-nin 193 ölkəsindən 143-ü müstəqil dövlət kimi tanıyır.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a deyib ki, bir sıra ölkələrin addımları müsbət olsa da, Fələstin dövlətinin tanınması üçün hələ real şərait yoxdur. Ekspertin sözlərinə görə, Avropa İttifaqı və ABŞ Fələstini dövlət kimi tanımayacaq:

"Fələstin dövlətinin qəbul edilməsi üçün ilk növbədə vahid Fələstin hökumətinin yaradılması vacibdir. Amma bu gün Fələstin daxilində ciddi problemlər var. Fələstin əraziləri 1967-ci il sərhədləri, yoxsa hazırkı sərhədlər daxilində tanına bilər? Bu suala da cavab yoxdur. Bunun üçün ilk növbədə Vahid Milli Fələstin hökuməti yaradılmalıdır. Bəzi Aİ ölkələrinin verdiyi bəyanatların heç bir önəmi olmayacaq. Qərb HƏMAS liderlərini terrorçu adlandırır. Bu baxımdan, Fələstinin tanınmasından söhbət gedə bilməz. Əlbəttə ki, Fələstin xalqının dövlət qurmaq hüququ var. Bu hüquq onlara BMT qərarı ilə verilib. Lakin ABŞ və Qərb ölkələri fərqli düşünür".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
01:41 26.09.2026
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib
22:58 25.09.2026
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol