Politoloq: Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər
10:54 08.09.2025
Region
537
Ermənistan Xarici İşlər Nazirliyində 3+3 formatında nazirlərin görüşünün dəqiq tarixləri və yeri barədə məlumat yoxdur.
Bu barədə nazirlikdən Ermənistan KİV-ə bildirilib.
“Ermənistan hələ 2024-cü ildə (İstanbulda) bəyan etdiyi kimi, 3+3 formatında növbəti nazirlər görüşünü keçirməyə hazırdır. Azərbaycan da analoji bəyanatla çıxış edib”, - qurumdan deyilib.
XİN qeyd edib ki, görüşün vaxtı və yerini müəyyən etmək üçün müzakirələr aparılmalıdır.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bundan əvvəl 3+3 formatında növbəti görüşün Bakı və ya İrəvanda baş tuta biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, 3+3 formatında görüşün Azərbaycan və Ermənistan arasında keçirilməsi hələlik gündəmdə deyil:
"Ola bilsin ki, qarşılıqlı razılaşma əsasında belə bir toplantı baş tutsun. Bu halda həm Azərbaycan, həm də Ermənistanın xarici işlər nazirləri qarşılıqlı şəkildə Bakıya və İrəvana səfər edə bilərlər. Bu isə, öz növbəsində, etimad mühitinin yaradılması və əlaqələrin bərpası baxımından mühüm addım olar.
Buna baxmayaraq, hələ ki, görüşün başqa ölkələrdə keçirilməsi daha məqsədəuyğun hesab olunur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında artıq sülh prosesi ilə bağlı təşəbbüslər irəli sürülüb və müəyyən gözləntilər mövcuddur. Məsələn, son vaxtlar hava məkanının qarşılıqlı istifadəsi diqqət çəkib. Ermənistan baş naziri Nikol Paşinyanın Çinə səfəri zamanı Azərbaycan hava məkanından istifadə etməsi barədə məlumat yayılmışdı. Bu, iki ölkə arasında etimad mühitinin formalaşdığının göstəricisi kimi qiymətləndirilir. Tərəflərin paralel şəkildə hər iki ölkənin təmsil olunduğu təşkilatın zirvə toplantısında iştirakı gözləniləndir.
Gələcəkdə rəsmi səfərlərin həyata keçirilməsi də istisna edilmir ki, bu da əlaqələrin bərpası və etimadın möhkəmlənməsi baxımından əhəmiyyətli addım olacaq.
Ümumilikdə, 3+3 formatlı görüşün həm Bakıda, həm İrəvanda, həm də digər ölkələrdə keçirilməsi mümkündür. Lakin hazırkı mərhələdə görüş başqa bir neytral məkanda, məsələn, Gürcüstanın paytaxtı Tbilisidə – təşkil oluna bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehran Paşinyana daha əvvəlki kimi güvənmir - Zərdüşt Əlizadə
17:28 09.07.2026
Gündəm
Bakıda ər arvadını ov tüfəngi ilə qətlə yetirdi
17:27 09.07.2026
Hadisə
Azərbaycan Avropanın strateji tərəfdaşına çevrilib - ŞƏRH
17:03 09.07.2026
İqtisadiyyat
Süni intellekt üçün internet Bakcelldən
16:54 09.07.2026
Ölkə
Arzum üçün imza toplanır
16:40 09.07.2026
Cəmiyyət
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya