Əməkdaşlıq HDQ-nin də NATO standartlarına uyğunlaşdırılmasını təmin edəcək -EKSPERT
13:19 25.02.2025
Hərbi
547
Azərbaycan NATO-nun "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə ölkəmizin ilk dəfə "Dəniz Təhlükəsizlik Mükəmməlliyi" (DGMM/MARSEC COE) mərkəzinə üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb.
Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.
İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.
Bu tənzimləmə sənədinə uyğun olaraq, NATO-nun "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"ndə (DGMM/MARSEC COE) Azərbaycan bayrağı dalğalanacaq və burada ölkəmizin bir təmsilçisi daimi fəaliyyət göstərəcək.
Hərbi ekspert Elxan Şıxalıyev "Sherg.az"a bildirib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı "Sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində bütün zamanlarda mövcud olub:
"Azərbaycan Silahlı Qüvvələrinin üzvləri NATO-nun bir çox tədbirlərində iştirak edib. NATO-nun Kolsovada, Əfqanıstanda və İrandakı sülhməramlılarının Azərbaycan nümayəndələri ilə bərabər fəaliyyəti var. Eyni zamanda Azərbaycanın "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzvlüyünün qəbul edilməsi Dəniz qüvvələrinin Xəzərdə təhlükəsizliyinin təminatı istiqamətində gələcəkdə bərabər yol xəritəsi əsasında həyata keçirilməsi nəzərdə tutulub".
Ekspert əlavə edib ki, artıq Dəniz qüvvələrinin hərbiçilərinin də NATO-nun müvafiq strukturlarındakı tədbirlərdə iştirakı aktivləşəcək:
"Digər tərəfdən bu qurumla əməkdaşlıq gələcəkdə Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, dəniz qüvvələrinin də NATO standartlarına uyğunlaşdırılmasını təmin edəcək. Üstəlik, hazırkı qeyd olunan məsələlərin yekunlaşmasından sonra bu sahədə təhlükəsizliklə bağlı danışıqlar nəzərdə tutulacaq. Ümumiyyətlə ABŞ-nin yeni dünya nizamında Xəzər dənizi və Cənubi Qafqaz regionunda təhlükəsizliyinin təmin olunması baxımından NATO ilə danışıqlar mühümdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya