Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
"Sherg.az"qol.az-a istinadən xəbər verir ki, təmsilçilərimizdən "Neftçi" də cavab matçına çıxıb. Roberto Bordinin komandası Bakıda Moldovanın "Sperantsa" klubunu qəbul edir. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn "ağ-qaralar" növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.
Qeyd edək ki, mərhələni adlayan tərəf Rusiya "Arsenal"ı (Tula) ilə qarşılaşacaq.
18 iyul
Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu
21:00 "Neftçi "(Azərbaycan) - "Sperantsa" (Moldova) - 0:0 (Birinci hissə)
İlk oyun - 3:0
Baş hakim: Yulian Vaynbeger (Avstriya)
Bakı. "Bakcell Arena"