Bakı-2019: Azərbaycan medal siyahısında liderliyi ələ alıb


Bakı-2019-da ilk yarış gününün mükafatları sahibini tapıb.

APA-nın məlumatına görə, güləşçilər 4 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan millisi ilk gündə liderliyi ələ alıb. Yığmamız 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Hərəyə bir çempionluğu olan Belarusla İtaliya 2-ci yerə şərikdir. 


Ümumilikdə isə ilk yarış günündə 8 ölkə təmsilçisi medal qazanıb.

Qeyd edək ki, üç çəki dərəcəsində (sərbəst güləşdə 55 kq, yunan-Roma güləşində 45 kq, 55 kq) bir qızıl, bir gümüş və iki bürünc medal sahibini tapıb. Sərbəst güləşçilərin 45 kq çəkidəki yarışında isə bürünc medalların sayı iki deyil, bir olub.