Millimizin heyəti açıqlandı: Toğrul Əsgərov dünya çempionatına getmir


Sentyabrın 14-dən 22-ə kimi Qazaxıstanın Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. 

"Sherg.az" sportinfo.az-a istinadən xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində milli komandalarımızın açıq məşqi olub. Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev heyəti açıqlayıb.  

Yunan-roma güləşi üzrə milli komanda: Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq). 

Qadın güləşi üzrə milli komanda: Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Sabirə Əliyeva (76 kq). 

Sərbəst güləş üzrə milli komanda: Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq),  Aleksandr Qostiyev (86 kq), Şamil Zubayrov (92 kq), Şərif Şərifov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq). 

Qeyd edək ki, 1-6-cı yeri tutan güləşçilər 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına lisenziya qazanacaqlar.