“Bavariya” 23 yaşlı qapıçı ilə 5 illik müqavilə imzaladı

Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi “Şalke”nin qapıçısı Aleksandr Nyubeli transfer edib.

23 yaşlı qolkiper iyulun 1-dən yeni komandasına qoşulacaq. Onunla 5 illik müqavilə imzalanıb.