"Qarabağ"la icarə müqaviləsi başa çatdığı üçün İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"a qayıdan Asmir Beqoviçin gələcəyi qeyri-müəyyəndir.
Sportal.az xəbər verir ki, "Bornmut"un baş məşqçisi Eddi Hou 32 yaşlı məşhur qolkiperlə bağlı qərar verilmədiyini deyib:
"Beqoviç hələ dincəlir. Məncə, yaxın günlərdə komandaya qayıdacaq. Hələ gözləyirik. Görək, Asmirlə bağlı növbəti qərar necə olacaq". Bosniyalı qapıçının adı daha çox "Vest Hem"lə hallanır.
Qeyd edək ki, Ağdamın "Qarabağ" klubunun qolkiper axtarışına çıxdığı bildirilib.