"Milan"a transfer olunan Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəli növbəti dəfə vandalizmə məruz qalıb.
Goal.az xəbər verir ki, bir qrup şəxs isveçli futbolçunun heykəlinin ayaqlarını kəsərək, aşırıblar. Hadisəni törədənlər İbrahimoviçin heykəlinin başına üzərində "İsveç" yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə "götürülsün" sözü yazılıb.
Polis, hadisəylə bağlı araşdırma aparır.
İbrahimoviçin heykəli bundan əvvəl də vandalizmə məruz qalmışdı. Belə ki, bir qrup şəxs hücumçunun heykəlini boyayaraq, yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.