Fatih Terim:  "Mən olsam, Arda mövzusunda o cümləni qurmazdım" 


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim, məşq əvvəli mətbuat mənsublarının suallarını cavablandırıb. Arda Turan mövzusunda klub prezidenti Mustafa Çengizin şərhlərini tənqid edən Terim, "Mən olsam Arda mövzusunda o cümləni qurmazdım" deyə bildirib.

Sherg.az bildirir ki, Terim belə söyləyib:

"Başçımızın yerində olsam Arda üçün o cümləni istifadə etməzdim. Əgər bir oyunçu "Qalatasaray"a xidmət etmişsə, infrastrukturdan yetişib, gedərkən bir çox pullar qazandırıbsa, o cümləni qurmaqdan imtina edərdim.  Başçımız elə təqdir etmiş, amma mən bu xüsusiyyətdə oyunçular üçün elə deməzdim. Ardanın bir dəfə "mən "Qalatasaray"a gəlim və ya başqa diləyi olmadı.  Mən də kimsəyə nə alın, nə almayın dedim. Amma zaman hər şeyin dərmanıdır". 



Qeyd edək ki, bir az əvvəl  Arda Turanın transfer iddialarına son nöqtəni qoyan klub prezidenti Mustafa Çengizlə Fatih Terim arasında soyuq küləklərin əsdiyi ifadə edilmişdi.
"Qalatasaray" - "Başakşehir" matçından əvvəl Fateh Terimin əlini öpən və müəllimini bir xeyli çaşdıran Arda Turanın daha sonra "pulsuz oynayaram" ifadələri böyük diqqət çəkmişdi. Terimin son olaraq "Arda karyerasını "Qalatasaray"da sonlandırmalıdır" sözləri isə ictimaiyyətə açıq bir mesaj kimi dəyər qazanmışdı. Təcrübəli futbolçunu komandasında görmək istədiyini rəsmi olaraq ifadə edən Fatih Terimin bu istəyini boşa çıxaran Mustafa Çengizin "Prezident mənəm, son qərarı mən verərəm" tərzi ikili arasında iplərin gərilməsinə səbəb olmuşdu. 

Turan