“Başakşehir” futbol klubu Arda Turanla bağlı müqaviləni futbolçu ilə qarşılıqlı anlaşma əsasında ləğv edib. “Haber Global”ın xəbərinə görə, bu barədə klub tərəfindən verilən açıqlamada deyilir:
“Futbolçumuz Arda Turan dünən başçımız Göksəl Gümüşdağ ilə görüşərək, karyerasında yeni bir səhifə açmaq üçün ondan icazə istəyib. Gümüşdağ Arda Turanın bu tələbinə uyğun olaraq qarşılıqlı anlaşma əsasında müqaviləni ləğv edib.
Türk futbolunun yetişdirdiyi ən önəmli futbolçulardan biri olan, 100 dəfə A milli komandamızın formasını geyinən Arda Turana klubumuza verdiyi əməklər üçün təşəkkür edir, ona karyerasının sonrakı mərhələsində uğurlar diləyirik”.
Arda Turan bu mövsümdə “Başakşehir” ilə Super Liqada doqquz oyunda 179 dəqiqə, Avropa liqasında iki oyunda 74 dəqiqə, Çempionlar Liqasının seçmə mərhələsində isə, bir oyunda 44 dəqiqə meydanda olsa da komandasının hesab fərqinə təsir etməyib.
Arda Turanın “Qalatasaray”a qayıtması barədə söz-söhbətlərə klub başçısı Mustafa Çingiz “Qalatasaray keçmişə yox, gələcəyə yatırım edir”, - deyə bildirib.