Makqreqor yeni rəqibinin adını açıqladı

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor amerikalı Donald Serrone ilə döyüşdən sonra həmyerlisi Castin Getji ilə döyüşəcəyini istisna etmir.  Lenta.ru-nun məlumatına görə, irlandiyalının sözlərini “MMA Fighting” yayımlayıb.

“Bu adam siyahıdadır. O, növbəti rəqib ola bilər. Çünki buna layiqdir”, - deyə 31 yaşlı irlandiyalı vurğulayıb.

Eyni zamanda, Makqreqor digər döyüşçülərin çağırışlarına az cavab verməyə başladığını etiraf edib:

“Mən hörmətsizliyə reaksiya verirdim. Artıq bu keçmişdə qalıb: diqqəti ancaq özümə cəmləşdirmişəm”.

Qeyd edək ki, UFC-nin rəhbəri Deyna Uayt irlandiyalının 2020-ci ildə üç döyüş keçirməyi planlaşdırdığını deyib: Serrone ilə döyüşdən əlavə, Makqreqor rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Xorxe Masvidal ilə döyüşləri nəzərdə tutub.

2019-cu ilin dekabr ayında Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz Makqreqorun kifayət qədər güclü bir rəqib seçmədiyi ilə bağlı fikirlərini bildirmişdi. O, irlandiyalının Getjiyə qarşı döyüşməli olduğunu qeyd etmişdi.