“Yuventus” klubunun keçmiş hücumçusu Darko Kovaçeviç Yunanıstanda silahlı hücuma məruz qalıb.
“Yahoo Sports”un məlumatına görə, Kovaçeviç evinin qarşısında olarkən ona avtomobildən atəş açılıb.
Hadisədən sonra Kovaçeviç dizindən aldığı xəsarətə görə xəstəxanaya aparılıb. Lakin futbolçunun güllə yarası aldığı, yaxud yıxıldığı üçün zədələndiyi açıqlanmayıb.