Pep Qvardiola maraqlı açıqlamalar verib.
Kataloniyalı mütəxəssis hazırkı və keçmiş klubları - "Mançester Siti" ilə "Barselona"ya sadiq olduğunu bildirib.
Qvardiola deyib ki, "Mançester Yunayted" və "Real"ı çalışdırmaqdansa, karyerasını bitirib, qolf oynamağa yollanar:
"Mançester Siti"ni çalışdırdıqdan sonra, "Mançester Yunayted"ə getmərəm. Eynilə "Real"a da rəhbərlik etmərəm. Bu əsla olmaz. Əgər bu iki komandadan təklif olmasa, Maldiv adalarına gedərəm. Amma bəlkə də getmərəm. Orda heç qolf meydanı da yoxdu".