İstanbul derbisində “Fənərbağça” – “Qalatasaray” oyunundan sonra meydan sahiblərinin azarkeşləri çox məyus olub.
Oxu.Az xəbər verir ki, “Qalatasaray”ın 20 il sonra Kadıköydə “Fənərbağça”ya 3:1 hesabı ilə qalib gəlməsi yerli azarkeşləri əsəbiləşdirib.
Videoda onlardan birinin başını tribuna oturacağına çırpması görüntülənir.
Xatırladaq ki, iki il əvvəl də digər “Fənərbağça” azarkeşinin “Qalatasaray”la oyun vaxtı televizorun monitorunu sındırması sosial mediada gündəm olmuşdu.
Qeyd edək ki, bu görüşdə hər iki komandanın qapısına iki penalti təyin olunub.
Bundan başqa, “Fənərbağça”da baş məşqçi Ərsun Yanalla futbolçu Dəniz Türüç, “Qalatasaray”dan isə Mərakeş əsilli fransalı futbolçu Yunis Belhenda qırmızı vərəqə alıb.