Yığmamız Macarıstandakı lisenziya turnirinə ağır məşqlərlə hazırlaşır 

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə yığmamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçir.
"Sherg.az"ın məlıumatına görə,  İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən yığmamızın tərkibində olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb. 

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış fevralın 29-dək davam edəcək.

Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi toplanışın keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.

Qeyd edək ki, toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
\Oxu.Az\