“Ayntraxt” Avropa Liqasında “Bazel”ə rəqib olub


Avropa Liqasında 1/8 finalın sonuncu iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya “Ayntraxt”ı 1/16 final səddini adlayıb.

Frankfurt təmsilçisi bu raundda Avstriya “Zalsburq”unu mübarizədən kənarlaşdırıb. Bu, dünən keçirilməli olan, lakin əlverişsiz hava şəraiti üzündən bu günə təxirə salınan qarşılaşmadan sonra rəsmiləşib.

Zalsburqdakı görüşdə 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Bununla da ötən həftə evdə 4:1 hesablı qələbə qazanan “Ayntraxt” üstünlüyünü qoruyub. 

Qeyd edək ki, “Ayntraxt” növbəti mərhələdə “Bazel”lə (İsveçrə) görüşəcək. Martın 12-dəki ilk matç Frankfurtda, bir həftə sonrakı cavab oyunu Bazeldə baş tutacaq.

Avropa Liqası
1/16 final, cavab oyunu
28 fevral
“Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya) – 2:2
Ulmer, 10, Onquene, 71 – Silva, 30, 83
İlk oyun – 1:4