"Fənərbaxça"da Marselo səsləri...  


"Fənərbaxça" bu yay "bomba"nı partlatmağa hazırlaşır. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, tərəfdarları həyəcanlandıracaq bir ad üzərində baş sındıran klub dünyaca məşhur Marselonu  gündəmə gətirib.

"Fənərbaxça"  rəhbərliyinə yaxınlığı ilə tanınan məşhur prodüser Acun Ilıcalının "Sol arxa kralı gəlir" açıqlamasından sonra bir çox adlar ortaya çıxıb.

Bu adlardan biri də "Real Madrid"in növbəti mövsümdə düşünmədiyi Marselodu.

Xəbərlərə görə, Marselonun "Real Madrid"dən ayrılması halında onunla əlaqələrini möhkəmləndirəcək "Fənərbaxça", transferdə bütün şərtləri məcbur edəcəyi bildirilib.

13 mövsüm formasını geyindiyi Madriddə illik 8 milyon avro qazanan Marselonun müqaviləsi 2022-ci ildə başa çatır.

Turan