Azərbaycan və Ermənistanın basketbol komandalarının bir qrupda yarışacağı kiçik ölkələr üzrə Avropa çempionatının vaxtı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə qərar FIBA Avropa-nın videokonfrans formatında keçirilən VI iclasında verilib.
Avropa çempionatının meydan sahibi olan İrlandiya yarışın 2021-ci ildə keçirilməsini istəyib. Bu səbəbdən həmin qitə birinciliyi gələn ilin 28 iyun - 3 iyul tarixlərinə keçirilib.
Qeyd edək ki, əvvəl bu yarışın bu ilin 28 iyun - 4 iyul tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan millisi bu yarışda B qrupunda meydan sahibi İrlandiya, Ermənistan və Andorra ilə qarşılaşmalıdır.