“Yuventus” Poqbaya görə 3 futbolçunu verməyə hazırdır

İtaliya çempionu “Yuventus” Fransa millisinin 27 yaşlı yarımmüdafiəçisi Pol Poqbanı “Mançester Yunayted”dən geri qaytarmaq niyyətindədir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, turinlilər sövdələşməyə Federiko Bernarderski, Duqlas Kosta və Adrien Rabyonu cəlb etməyə hazırdırlar.
Poqba “Yuventus”da 2012-2016-cı illərdə çıxış edib. “Mançester Yunayted” fransalı futbolçu üçün Turin klubuna 105 milyon avro ödəyib.