İngiltərənin “Çelsi” klubu daha bir futbolçusu ilə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi Olivye Jiru ilə müqaviləni uzadıb.
O, daha bir il “Çelsi”də qalacaq. Fransalı hücumçu 2020/21 mövsümünün sonunadək paytaxt təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “zadəganlar” bir gün öncə 38 yaşlı argentinalı qapıçısı Vilfredo Kabalyero ilə də müqaviləni 1 illik uzadıb.