Kataloniyanın “Barselona” klubunun rəhbərliyi almaniyalı qapıçı Mark-Andre Ter-Şteqenlə yeni müqaviləni razılaşdırıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 28 yaşlı qapıçının yeni müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulur. “Barselona” Ter Şteqenin əmək haqqını da artıracaq.
Ter Şteqen “Barselona”ya 2014-cü ildə 12 milyon avro ödənməklə Mühnehqladbah “Borrusiya”sından keçib. Onun indiki müqaviləsi 2022-ci ilin iyun ayına qədər nəzərdə tutulub.