“Bavariya”nın hücumçusu Tomas Müller yeni rekorda imza atıb.
Qol.az xəbər verir ki, Münhen təmsilçisinin 30 yaşlı futbolçusu bu mövsüm 21 məhsuldar ötürmə edib ki, bu, Bundesliqa tarixində rekorddur.
O, buna 26 oyunla nail olub. 15 fərqli oyunda asist edən alman futbolçu, geridə qalan mövsümdə 8 qol da vurub.
Buna qədər Bundesliqa tarixində asist rekordu Kevin de Brüyneyə məxsus idi. O, buna 2014/15 mövsümündə “Volfsburq”un heyətində imza atmışdı. Hazırda “Mançester Siti”də çıxış edən Belçika yığmasının üzvü həmin mövsüm 20 məhsuldar ötürmə müəllifi olmuşdu.