Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubu futbolçusu Mehdi Şərifi ilə yollarını ayırıb.
Oxu.Az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı iranlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Mehdi Şərifi 2019-cu ilin avqustunda “Sumqayıt”a keçib. Onun klubla müqaviləsi 2021-ci ildə bitirdi.
Daha əvvəl “Sumqayıt”ın futbolçularından Şəhriyar Əliyev “Keşlə”yə, Elvin Cəfərquliyev “Qarabağ”a keçib.