İtaliyanın “Breşiya” klubunun qalmaqalları ilə məşhurlaşan futbolçusu Mario Balotellinin keçə biləcəyi daha bir klub bəlli olub.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını Cənubi Amerikada davam etdirə bilər.
Forvard Argentinanın “Boka Xuniors” klubuna təklif olunub. Onun meneceri Mino Rayola cənubi amerikalılara təklif göndərib.
Qeyd edək ki, bunadək Balotellinin xidmətlərində Türkiyənin “Qalatasaray” və ABŞ-ın “Los-Anceles Qalaksi” klubları maraqlanırdı.