"Qarabağ"ın hücumçusu Mahir Emreli "Beşiktaş"a təklif olunub.
Apasport.az saytının məlumatına görə, bu barədə "Fotospor" nəşri məlumat yayıb.
Bildirilir ki, İstanbul klubunun prezidenti Ahmet Nur Çebinin "CBC Sport"a açıqlamasında "azərbaycanlı qardaşlar ən yaxşılarını bizə gətirsinlər, oynadaq" açıqlamasına cavab olaraq Emreli onlara təklif olunub. Milli komandamızın üzvü də karyerasını ölkə xaricində davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, Mahir Emreli 2019/20 mövsümündə 7 qolla bombardirlərə şərik olub.