"Qalatasaray" klubunun əsas qapıçısı Fernando Muslera komandasına qoşulduğu günü xatırlayıb.
Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 34 yaşlı əlcə ustası "Cimbom"a gəlişinin 9 illiyi münasibətilə paylaşım edərək, bu keçidin onun həyatını dəyişdirdiyini bildirib:
"9 il əvvəl bu gün mən bu komandaya gəldim, hansı ki mənim həyatımı dəyişdirdi".
Qeyd edək ki, Muslera 2011-ci ildə 6,5 milyon avro və üstəlik Lorik Cana qarşılığında "Latsio"dan İstanbul klubuna transfer edilmişdi.