"Liverpul" 8 qolun vurulduğu oyunda "Çelsi"yə qalib gəlib


İngiltərə Premyer Liqasında XXXVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə 2 oyun keçirilib.

İlk "dördlük"də qərarlaşan "Mançester Yunayted" öz meydanında gözlənilmədən "Vest Hem"in müqavimətini qıra bilməyib. Güclü rəqibi ilə bərabərə qalan London təmsilçisi Premyer Liqadakı yerini təmin edib.

Mərkəzi qarşılaşmada "Çelsi" çempion "Liverpul"un qonağı olub. Çempionlar Liqasına vəsiqəni hədəfləyən paytaxt klubu 8 qolun vurulduğu görüşdə meydanı məğlub tərk edib.

Premyer Liqada mövsümün sonuncu - XXXVIII turunun oyunları iyulun 26-da keçiriləcək.