Tanınmış rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku Ukraynanın “Dinamo” futbol komandasının yeni baş məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiyev şəhərini təmsil edən klubun rəsmi saytında məlumat verilib.
74 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mirça Luçesku 2009-cu ildə Ukraynanın “Şaxtyor” klubuna UEFA Kubokunu qazandırıb.