"Milan" isveçli ulduz futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun baş direktoru İvan Gazidis, texniki direktoru Paolo Maldini baş məşqçi Stefano Pioli 38 yaşlı hücumçu ilə yeni sözləşmə üçün danışıqlar aparır.
Bildirilir ki, İbrahimoviç ailəsini Milana köçürməyə hazırdır. Onun meneceri Mino Raiola futbolçu üçün klubdan 6 milyon avro maaş tələb edir. "Milan" isə İbrahimoviçə illik 4 milyon avrodan çox maaş ödəməyə hazırdır.