Azərbaycan çempionu “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı potensial rəqiblərin ikisinin adına aydınlıq gəlib.
Bunlar UEFA Çempionlar Liqasının II mərhələsində uduzmuş Bolqarıstan çempionu “Ludoqorets” və Albaniya çempionu “Tirana”dır.
Digər doqquz potensial rəqibin adına sentyabrın 24-də UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək görüşlərdən sonra aydınlıq gələcək. Lakin Ermənistanın “Ararat-Armeniya” komandasının bu gün II təsnifat mərhələsində əvvəlcə Lüksemburq, gələn həftə Sloveniya çempionunu məğlub edərsə, “Qarabağ”la düşməyəcəyi dəqiqdir.
Həmçinin Ağdam klubu pley-offda artıq cari mövsüm Çempionlar Liqasında qalib gəldiyi Şimali Makedoniya və Moldova çempionları ilə yenidən qarşılaşa bilər.
“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/“Buduçnost” (Monteneqro)
“Şerif” (Moldova) – “İnter” (Andorra)/“Dandalk” (İrlandiya)
“Ararat-Armeniya” (Ermənistan)/“Fola” (Lüksemburq) – “Selye” (Sloveniya)
“Riqa” (Latviya)/“Tre Fiori” (San Marino) – “Seltik” (Şotlandiya)
“Kuopio” (Finlandiya)/“Slovan” (Slovakiya) – “Suduva” (Litva)
“Leqiya” (Polşa) – “Sileks” (Şimali Makedoniya)/“Drita” (Kosovo)
“Klasksvik” (Farer adaları) – “Kona” (Uels)/“Dinamo” (Tbilisi, Gürcüstan)
“Yurqorden” (İsveç)/“Yuropa” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Linfild” (Şimali İrlandiya)/“Floriana” (Malta) – “Flora” (Estoniya)/“Reykyavik” (İslandiya)
Qeyd edək ki, püşkatma mərasimi sabah keçiriləcək.