“Qalatasaray” Super Liqada mövsümün ilk məğlubiyyətini alıb


Türkiyə Super Liqasında IV tura yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, son oyun günündə 4 görüş baş tutub.

“Beşiktaş” öz meydanında “Gənclərbirliyi”nə uduzub. İlk məğlubiyyətini alan “Hatayspor” “Alanyaspor” önündə darmadağına üzülüb.

“Dənizlispor” – “Konyaspor” görüşü qolsuz başa çatıb. “Qalatasaray” səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. İlk yarıda qol buraxan “sarı-qırmızılar” mövsümdə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 16-19-na planlaşdırılıb.
 
Türkiyə Super Liqası
IV tur
4 oktyabr
“Dənizlispor” – “Konyaspor” – 0:0
“Alanyaspor” – “Hatayspor” – 6:0
Bakasetas, 18, Davidson, 23, 67, 77, Bareyro, 34, Mubandje, 45
“Beşiktaş” – “Gənclərbirliyi” – 0:1
Stanku, 8
“Kasımpaşa” – “Qalatasaray” – 1:0
Erdoğan, 45